Dünya

Türkiyə və Amerika prezidentlərinin müşavirləri arasında telefon danışığı olub

Türkiyə Prezidentinin müşaviri İbrahim Kalınla Amerika Prezidentinin milli əmniyyət məsələləri üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub. Dövlət rəsmiləri ikitərəfli münasibətlər başda olmaqla, Suriya və Libi böhranları, Şərqi Aralıq dənizi və Əfqanıstandakı durumu müzakirə ediblər. Danışıqlar zamanı Qıbris problemi, yeni növ koronavirus mərizliyi ilə mübarizə və dünyada iqlim dəyişikliyi mövzuları ətrafında da fikir mübadiləsi aparılıb. İbrahim Kalın və Ceyk Sallivan beynəlmiləl aləmdə barış və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar. Telefon danışığı zamanı Qarabağ məsələsi də müzakirə edilib.

Related Articles

Bir cavab yazın

Back to top button