Bölgə

Türkiyə zülm və departasiyaya məruz qalmış türklərə uzunmüddətli qeydiyyat icazəsi verəcək

Türkiyə ahıska, uyğur, Bolqarıstan və Yunanıstan türklərinin malik olduğu “Türksoylu” statusuna aid Krım tatar türklərinə uzunmüddətli qeydiyyat icazəsi verməyə başladı

Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsindən verilən məlumata görə, qərara uyğun olaraq, Türkiyə vətəndaşı olmayan bir şəxsin uzunmüddətli qeydiyyat icazəsi alması üçün Türkiyədə 8 il fasiləsiz yaşamaq şərti tələb olunur. Miqrasiya Siyasəti Şurasının 15 fevral 2017-ci il tarixli qərarı ilə Bolqarıstan, Yunanıstan, ahıska və uyğur türklərinə bu şərt tətbiq edilmir. Buna görə də onlara uzunmüddətli qeydiyyat icazəsi verilə bilir. Bu baxımdan Miqrasiya İdarəsi Krım tatar türklərinə veriləcək yeni statusla bağlı işləri tamamlayıb. Ahıska, uyğur, Bolqarıstan və Yunanıstan türklərinin “Türksoylu” statusuna Krım tatarları da əlavə edilib. Beləliklə, Krım tatar türklərinə Türkiyədə 8 il fasiləsiz yaşamaq şərti olmadan “qeyri-müəyyən müddətə qalmaq hüququ” verən uzunmüddətli qeydiyyat icazələrinin verilməsi praktikası 2022-ci ilin avqust ayından başlayıb.

Türkiyəyə gələn Krım tatar türkləri lazımi şərtləri yerinə yetirdiyi və uyğun görüldüyü təqdirdə uzunmüddətli qeydiyyat icazəsi ala biləcəklər. Bu hüquqdan yararlanmaq istəyənlər e-ikamet.goc.gov.tr ünvanından qəbula yazıldıqdan sonra tələb olunan sənədlərlə rayon miqrasiya idarələrinə müraciət edə bilərlər.

Türkiyədə qeydiyyat icazəsi ilə qalan əcnəbilərin yalnız 5 faizi uzunmüddətli, türk soylular isə 75 faizi uzunmüddətli qeydiyyat icazəsinə malikdir.

Bu günə qədər 57 min 56 Bolqarıstan, Yunanıstan, uyğur və ahıska türklərinə uzunmüddətli qeydiyyat icazəsi verilib.

Digər tərəfdən, Türkiyə Ukrayna ilə Rusiya arasında müharibənin qurbanı olan 4296 türk əsilli adama yardım əlini uzadıb. Bu çərçivədə 409-u Krım tatarı, 2395-i ahıska türkləri olmaqla, 2804 nəfər 5 rayon mərkəzində yaşayır, onların uşaqlarına sağlamlıq, psixoloji, iş və təhsil xidmətləri göstərilir.

Related Articles

Bir cavab yazın

Back to top button