Türkiyədən qaçaq yolla Yunanıstana keçmək istəyən PKK üzvləri saxlanılıb. Bu barədə Türkiyə Milli Difa Vəzirliyi bilgi yayıb.
“Ölkəmizdən qanunsuz yolla Yunanıstana keçməyə çalışan 3 nəfər mərz bölmələrimiz tərəfindən tutuldu. Meriç şəhristanının Jandarm İdarəsinə təhvil verilənlərin terrorçu PKK təşkilatının üzvləri olduqları bəlli edildi”, – deyə vəzirlikdən bildirilib.