Dünya

Türkiyəyə göndərilən yardım qutusunun üzərindəki yazı diqqət çəkdi

Türkiyəyə göndərilən yardım qutusunun üzərindəki "Nuru Paşanı unutmadıq" yazısı diqqət çəkib.

bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı paylaşım edib: “Azərbaycan xalqı yardım göndərərkən “1918-ci ildə Azərbaycana gələrək bolşevik işğalına qarşı müstəqillik yolunu açan Nuri Paşanı unutmadıq” mesajı verdi”, – deyə o, paylaşıma əlavə edib.

Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə birlikdə Bakıya daxil olub, minlərlə şəhidin qanı bahasına şəhəri erməni-bolşevik işğalçılarından azad edib. Resim

Related Articles

Bir cavab yazın

Back to top button