Dünya

Türkiyədəki zəlzələdə ən çox insan tələfatı Hatayda qeydə alınıb

Türkiyənin zəlzələ bölgələri içində ən çox insan itkisi Hatayda qeydə alınıb.

bu barədə Türkiyənin səhiyyə naziri Fahreddin Koca məlumat verib.

Onun sözlərinə görə, bu ana qədər Hatayda ümumi insan itkisi 5 111-ə bərabərdir. Bölgədə zəlzələ nəticəsində yaralı sayı 15 613 nəfərdir.

Həmçinin Kahramanmaraşda 4879 nəfər vəfat, 9243 nəfər yaralı, Qaziantepdə 2141 nəfər vəfat, 11 563 nəfər yaralı, Şanlıurfada 304 nəfər vəfat, 4663 nəfər yaralı, Diyarbakırda 212 nəfər vəfat, 899 yaralı, Adanada 408 vəfat, 7450 yaralı, Adıyamanda 3105 nəfər vəfat, 11 778 yaralı, Malatyada 289 nəfər vəfat, 7300 yaralı, Osmaniyedə 878 nəfər vəfat, 2224 yaralı, Kilisdə 74 nəfər vəfat, 754 yaralı, Elazığda 5 nəfər vəfat, 379 yaralı qeydə alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button