İqtisadiyyat

TÜRKMƏNİSTAN ENERJİ MƏLUMATLARINI AÇIQLAYIB

Türkmənistan hökuməti 2020-ci ilin janviyə-juən ayları üçün yanacaq-energetika kompleksi üzrə bilgiləri elan edib.
Məlumata görə, 2020-ci ilin I yarısında ölkədə neft və qaz kondensatı hasilatının həcmi 4,8 milyon tondan çox olub. “Türkmenneft” Dövlət Konserni bu həcmlərin 1,9 milyon tonunu istehsal edib.
Hesabat müddəti ərzində 879 min ton müxtəlif markalı benzin, 904 min ton dizel yanacağı istehsal edilib.
Həmçinin, Türkmənistan mayeləşdirilmiş qazın istehsalını yüzdə 12 artırmağa müvəffəq olub. Ölkədə mayeləşdirilmiş qazın əsas istehsalçısı “Türkmənbaşı” neft emalı kompleksidir.
Bu dövrdə təbii və səmt qazının ümumi hasilatı 33,9 milyard kubmetr təşkil edib. Habelə, Türkmənistan 16,6 milyard kubmetrdən çox təbii qaz ixrac etməyə müvəffəq olub.
Amara əsasən, bu müddət ərzində ölkəyə neft məhsulları və təbii qaz ixracatı 2,5 milyard dollar vəsait gətirib.
Qeyd edilir ki, neft və qaz sənayesi işləri plana müvafiq surətdə həyata keçirilir. Ancaq bəzi hallarda ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində aşağı göstəricilər əldə edilib. Bu dünya bazarlarında hazırkı qiymət vəziyyətinin pisləşməsi ilə əlaqədardır.
Özbəkistan 2020-ci ildə ölkə iqtisadiyyatına 10 milyard dollar xarici investisiya cəlb etməyi planlaşdırır.
Özbəkistan Başkanı Şövkət Mirziyoyev bu günlərdə hökumət üzvləri ilə iclas keçirib. O, çıxışı zamanı ölkədə karantin rejiminə baxmayaraq, ixrac əməliyyatlarının artırılması ilə bağlı tapşırıq verib.
Bildirilib ki, ilin sonunadək ölkə iqtisadiyyatına cəlb edilən xarici investisiyalar 9,9 milyard dollar təşkil etməlidir. Bunun da 6,8 milyard dolları birbaşa xarici investisiyalar, 3,1 milyard dolları isə beynəlxalq maliyyə qurumları hesabına olacaq.
İclasda bu ilin 6 ayının amarına görə, yerli müəssisələrin 6,1 milyard dollar dəyərində məhsul ixrac etdiyi açıqlanıb. Qeyd edilib ki, 950 yeni müəssisə ixrac fəaliyyətinə cəlb edilib. Habelə, 85 yeni növ məhsul xaricə göndərilib və ixrac əməliyyatlarına 4 yeni dövlət cəlb edilib.

Related Articles

Bir cavab yazın

Back to top button