Dünya

Türkmənistanda yeni qaz kompressor stansiyasi istismara verilib

Türkmənistanın şərqində yerləşən “Malay” yatağında yeni qaz kompressor istgahı istifadəyə verilib. Bu barədə janviənin 16-da “Neytral Türkmənistan” qəzeti bilgi yayıb. Qaz kompressor istgahının istifadəyə verilməsi mərasimində Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov da qatılıb. Prezident bildirib ki, istgah Türkmənistan-Özbəkistan-Qazaxıstan-Çin kəməri ilə qaz nəqlini artırmaq üçün tikilib. Çinin dövlət şirkəti olan “CNPC International Türkmənistan”ın baş müdiri Li Şulian da videokonfrans formatında keçirilən mərasimdə çıxış edib. O, qeyd edib ki, sözügedən istgah Türkmənistanın dünya qaz bazarında mövqeyinin möhkəmləndirilməsinə kömək edəcək. Bildirək ki, “Malay” qaz kompressor istgahının tikintisi “Türkmənqaz” dövlət sifarişi ilə Böyük Britaniyanın “Petro Gas LLP” şirkəti tərəfindən həyata keçirilib. 6 dəst qaz kompressor dəstqahı isə Fransanın “Dresser-Rand S.A” şirkəti tərəfindən təmin edilib.

Related Articles

Bir cavab yazın

Back to top button