Dünyaİran

“Twi̇tter” Əli̇ Xamenei̇ni̇n hesabını dondurub 

“Twitter” ictimai şəbəkəsi Əli Xameneinin rəsmi hesablarından birini dondurub. Belə ki, Xamenei Amerikanın keçmiş prezidenti Donald Trampa qarşı təhdid paylaşımı edib. Sözügedən pəyam “khamenei_site” başlığı ilə paylaşılıb. Burada Trampın tapşırığı ilə Sipahın Qüds Qüvvələrinin fərmandehi Qasım Süleymaninin öldürülməsindən bəhs edilib. Bundan əlavə Xamenei Trampın golf meydanında pəhpad tərəfindən hədəf alındığını göstərən təsvir paylaşıb və “İntiqam qaçılmazdır” yazıb. “Twitter” şirkəti də bir çox istifadəçisinin xahişi ilə hesabı dayandırmaq qərarı qəbul edib. Ancaq onun daha çox istifadə etdiyi “twitter” hesabları hələ də fəaliyyət göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button