Bölgə

Üç ölkə İran təhlükəsinə qarşı birgə hərəkət barədə danışıqlar aparıb

İsrailin baş naziri Naftali Bennet, Birləşmiş Ərəb Əmirlikləri vəliəhdi Məhəmməd bin Zayed Əl-Nəhyan və Misir prezidenti Əbdülfəttah əs-Sisi martın 22-də Şarm əl-Şeyxdə görüşüblər.

Bu görüşün ən vacib məqamı nüvə danışıqları çərçivəsində Tehran və Vaşinqton arasında gözlənilən razılaşma, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ağ Ev tərəfindən terrorçu qruplar siyahısından çıxarılması ilə eyni vaxtda keçirilməsidir.

Bu, üç ölkənin liderlərinin İran məsələsi ilə bağlı ilk görüşüdür və hər üç ölkə rəhbərliyi, regiondakı ərəb dövlətləri Bayden hökumətinin “nəyin bahasına olursa olsun” Tehranla yeni razılaşma əldə etmək niyyətindən narahatdırlar.

Görüş zamanı Naftali Bennet Misir və BƏƏ liderlərini Amerikanın SEPAH-ı terror qrupları siyahısından çıxarmaq istəyinə etiraz olaraq daha çox koordinasiya etməyə inandırmağa çalışıb.

İsrailin baş naziri və xarici işlər naziri bundan əvvəl Amerikanın mümkün qərarını səhv adlandıran bəyanatlar verib, BƏƏ isə İsrailin mövqeyinə uyğun olaraq Amerila hökumətinin qərarını “sadəlövh” adlandırıb.

Son günlərdə İsrailin müdafiə naziri Beni Gantz İranla hər hansı yeni sazişə qarşı çıxıb, SEPAH-ı dünyanın ən böyük terror təşkilatı adlandırıb.

O, bölgədəki ərəb ölkələrini kəşfiyyat, müdafiə və başqa bu kimi saəhələrdə İran aqressiyasına qarşı əməkdaşlıq və koordinasiyalı hərəkət etməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button