Dünya

Ukraynada daha bir rus generalı öldürüldü

Ukraynanın cənubundakı komanda məntəqəsinə endirilən aviazərbə nəticəsində rusiyalı general həlak olub.

Bu barədə Ukrayna Prezidentinin müşaviri Aleksey Arestoviç məlumat yayıb.

Generalın ölüm xəbərini deputat Yuri Mısyagin də təsdiqləyib.

Deputat bildirib ki, Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin 49-cu Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Yakov Ryazantsev Çernobaevkada ölüb. Daha sonra Vikipediyada generalın ölümü ilə bağlı məlumat yerləşdirilib.

Qeyd edək ki, fevralın 24-dən – müharibə başlayandan indiyə qədər Rusiya ordusu artıq yeddinci generalını itirib. (modern.az)

Related Articles

Bir cavab yazın

Back to top button