Bölgə

İsraildə ABŞ Dövlət katibi və üç ərəb ölkəsinin naziri sammit keçirəcək

Bu barədə İsrail Xarici İşlər Nazirliyindən bildirilib.

İsrail Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, İsrail ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə BƏƏ, Mərakeş və Bəhreyn xarici işlər nazirləri arasında tarixi sammitə ev sahibliyi edəcək.

Məlumata görə, İsrailin xarici işlər naziri Yair Lapidin dəvəti ilə baş tutacaq zirvə toplantısı martın 27-28-i planlaşdırılıb.

O da vurğulanır ki, ABŞ dövlət katibi və ərəb ölkələrinin nazirləri İsraildə bir sıra diplomatik görüşlər həyata keçirəcəklər.

Qeyd edək ki, bunda öncə martın 22-də İsrailin baş naziri Naftali Bennet, Birləşmiş Ərəb Əmirlikləri vəliəhdi Məhəmməd bin Zayed Əl-Nəhyan və Misir prezidenti Əbdülfəttah əs-Sisi Şarm əl-Şeyxdə görüşüblər.

Bu görüşün ən vacib məqamı nüvə danışıqları çərçivəsində Tehran və Vaşinqton arasında gözlənilən razılaşma, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ağ Ev tərəfindən terrorçu qruplar siyahısından çıxarılması ilə eyni vaxtda keçirilməsidir.

Bu, üç ölkənin liderlərinin İran məsələsi ilə bağlı ilk görüşüdür və hər üç ölkə rəhbərliyi, regiondakı ərəb dövlətləri Bayden hökumətinin “nəyin bahasına olursa olsun” Tehranla yeni razılaşma əldə etmək niyyətindən narahatdırlar.

Related Articles

Bir cavab yazın

Back to top button