İran

İranda daha bir zabit öldürüldü

Onun silahlı toqquşma zamanı öldürüldüyü bildirilir.

Martın 29-dan 30-a keçən gecə İranın Buşehr əyalətinin Günavə limanında silahlı qarşıdurma zamanı bir zaitin öldürüldüyü, bir məmurn isə ağır yaralandığı bildirilir.

Silahlı qarşıdurma ilə bağlı yayılan məlumatda gecə saatlarında minik avtomobilini saxlayan İran İnqilab Keşikçilərinin iki hərbçisinin gülələndiyi, leytenant Seyid Nəvid Musəvinin yerindəcə öldüyü,  Baş leytenant Cəlil Drazənin isə ağır yaralandığı qeyd olunub.

Buşehr əyalətinin rəsmiləri silahlıların hadisə yerindən qaçdıqlarını və onların saxlanılması üçün axtarış əməliyyatlarının başlanıldığını deyib.

Related Articles

Bir cavab yazın

Back to top button