Dünya

Ukraynanın Kiyev vilayətində 1 348 mülki şəxsin meyiti aşkarlanıb

İyulun 31-nə olan məlumata görə, Ukraynanın Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən öldürülmüş 1 348 nəfər yerli sakinin meyiti aşkarlanıb, daha 300 nəfər itkin düşüb.

Bu barədə Ukrayna Milli Polisinin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andriy Nebitov bildirib.

“Bu gün təəssüf ki, Rusiya Federasiyasının təcavüzü nəticəsində həlak olmuş 1 348 mülki vətəndaşın meyitini aşkarlamışıq”, – o, milli telemarafonun efirində deyib.

Nebitov qeyd edib ki, mülki şəxslərin üzərində işgəncə izləri olan meyitlərinin aşkarlanması halları heç də az deyil.

“(Rusiya hərbçilərinin – red) mövqelərinin yaxınlığında aşkarlanan 7 nəfərin meyitinin olduğu sonuncu kütləvi məzarlıqda onların hamısı başlarına atəş açılmaqla öldürüldüyü müəyyən eidlib, lakin bundan əvvəl dizlərindən güllələniblər: bir, hətta iki güllə ilə. Və bəzilərinin əlləri bağlı olub”, – Kiyev vilayətinin polis rəisi bildirib.

Onun sözlərinə görə, şəxsiyyətləri müəyyənləşdirilənlər mülki şəxslərdir, onların nə müdafiəyə, nə də hər hansı hərbi hissəyə aidiyyəti var. “Buna görə də söhbət Rusiya ordusu tərəfindən Ukrayna xalqının qəsdən soyqırımından gedir”, – o qeyd edib. (report.az)

Related Articles

Bir cavab yazın

Back to top button