Azərbaycan

Ceyhun Bayramov: Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik

"Prezident İlham Əliyev də bəyan edib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının, sülh müqaviləsinin bağlanmasının tərəfdarıdır".

Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri Ceyhun Bayramov ölkəsinin Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşmasını tam dəstəklədiyini deyib.

“Prezident İlham Əliyev də bəyan edib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının, sülh müqaviləsinin bağlanmasının tərəfdarıdır”.

“Aznews tv” xəbər verir ki, bunu Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Bayramov habelə bildirib ki, Azərbaycan qardaş Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasını tam dəstəkləyir: “Biz Türkiyənin bütün səviyyələrdə verdiyi mesajı yüksək qiymətləndiririk. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu sahədə prosesin Azərbaycanla koordinasiya edildiyini qeyd edir”.

“Biz dövlətlərarası əlaqələrin normallaşmasından danışırıqsa, münasibətlərin normallaşmasının bir fundamenti olmalıdır. Bu da beynəlxalq hüququn norma və prinsipləridir. Biz beynəlxalq hüququn norma və prinsipləri əsasında dövlətlərlə münasibətləri inkişaf etdirik. Bu sahədə istisna Ermənistan olub. Biz də Ermənistana beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasını təklif edirik”, – deyə sonda Bayramov qeyd edib.

Qeyd edək ki, Azərbaycan və Türkiyə Prezidentləri bölgədə daimi sabitliyə və sülhə hədəflənən “3+3” formatını irəli sürüblər. Burada Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, İran və Rusiyanın birgə əməkdaşlığı əsas götürülərək hər bir ölkənin mənafeyi düşünülüb. Yaxşı olar ki, İran və Ermənistan hökumətləri də sözügedən projədən yararlanaraq bölgədə daimi sabitliyin yaranmasına öz töhfələrini versinlər. Bu isə hamıdan çox, onların öz xeyrinə olardı.

Related Articles

Bir cavab yazın

Back to top button