Dünya

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti Çinə buraxılmayıb

Koronavirusun mənşəyini araşdırmaq məqsədilə Çinin Vuhan bölgəsinə 10 nəfərlik nümayəndə timi göndərilib. Ancaq onların ölkəyə girişinə icazə verilməyib. Bu barədə dünya Sağlıq Təşkilatının rəisi Tedros Adhanom bilgi verib. O, Çinin yüksək vəzifəli məqamları ilə təmasda olduqlarını deyib. Təşkilatın Foriyyətlər Bəxşinin rəisi Mayk Ryan da məsələyə münasibət bildirib: “Ümid edirəm ki, bu məsələ ancaq idari bir müşküldür və tezliklə həll olunacaq”,-deyə Ryan qeyd edib. Bir çinli diplomat mərizliyin müxtəlif yerlərdə başladığını açıqlayıb. Amma Mayk Ryan diplomatın bu iddiasını fürsətçilik adlandırıb.
Bildirək ki, Donald Tramp da koronavirusun yayılmasından sonra Çinin gördüyü işləri tənqid edib. Amerika dünya Sağlıq Təşkilatından çıxaraq şəffaf araşdırma aparılmasını istəyib.

Related Articles

Bir cavab yazın

Back to top button