İran

Urmiya sahillərində əkin layihələrinin su təchizatı problemi

“Urmu Gölünün çevrəsində şüvlərin əkilişi önəmli məsələdir. Ancaq buna baxmayaraq su ilə təmin olunma və suvarılma müşkülləri var”. Bu barədə Qərbi Azərbaycanın Təbii Mənabe İdarəsinin baş müdiri Hadi Qasimi danışıb. O, toz-torpağın qarşısını almaq üçün yeni suvarma metodlarından istifadənin vacib olduğunu bildirib. “Bu projələrin ən önəmli çətinliklərindən biri əkin fəsli ərzində şüvlərin suvarılması məsələsidir. Hazırda Su tankerləri traktorlar vasitəsi ilə daşınıb , habelə işçlərin gücündən istifadə olunaraq tankerlərin boruları yerbəyer olunub” deyə o, bildirib. Qeyd edilib ki, bu yöntəmlə su hədər olur. Məlumata görə, Urmu Gölü çevrəsində küləyin əsməsi ilə torpağın zəifləməsinin qarşısını almaq üçün bitki növlərinin bərkidilməsi işləri aparılır. Bu işdə yeni olan maykoriz yöntəmindən istifadə olunur. Belə ki, bərkidilmə üçün yerli bitki növlərindən istifadə olunub. Bu yöndə, bitkinin böyüməsinin qarşısını alan amillərə dözümlü Şorgəz və Qaradağ növləri seçilib.

Related Articles

Bir cavab yazın

Back to top button