BölgəDünya

İsrail prezidenti BƏƏ-yə iki günlük səfərinin sonunda İranla bağlı danışdı

İsrail prezidenti İsaak Herzoq Birləşmiş Ərəb Əmirliklərinə iki günlük səfərini İran İslam Cümhuriyyətinin bölgəsəl davranışları ilə bağlı açıqlamaları ilə sonlandırıb.

İsrail prezidenti İsaak Herzoq Birləşmiş Ərəb Əmirliklərinə iki günlük səfərini İran İslam Cümhuriyyətinin bölgəsəl davranışları ilə bağlı açıqlamaları ilə sonlandırıb.

“Aznews tv”ın xəbərinə görə, bu barədə İsrail prezident administrasiyası məlumat yayıb. Məlumatda qeyd olunur ki, İsaak Herzoq yanvarın 31-də bu haqda deyib: “Bölgə üçün iki seçim var. Birincisi, sülh, rifah, əməkdaşlıq, birgə sərmayə qoyuluşu və insanlar üçün gözəllik üfüqü. İkinci seçim isə bütün bunların əksinə olaraq, İranın hazırda bölgədə sabitliyi pozan və terror fəaliyyətləri üçün dəstəklədiyi proksi (نیابتی) qruplaşmalarından faydalanması kimi addımlar atmasıdır”.

Herzoq habelə Birləşmiş Ərəb Əmirliklərinə səfəri ilə bağlı bildirib: “Bu görüş ümid, sülh və hər iki millət, bölgə və bütün dünya üçün parlaq bir gələcək simvolu oldu”

Related Articles

Bir cavab yazın

Back to top button