Urmu gölünün durumu ilə bağlı vəziyyət risklidir. Bu barədə Urmu Gölünü Ehya Sitadının Bərnamələr Dəftərinin müdiri Məsud Təcrişi açıqlama yayıb. O bildirib ki, Urmu gölünə açılan su sədlərinin hamısı bağlıdır. Hazırda gölün su həcmi sürətlə azalır. Məsud Təcrişinin sözlərinə görə, gölün 1399-1400-cü illər üzrə su haqqı 640 milyon metr- mükəəb olması müəyyənləşdirilib. Ancaq bu sudan yalnız 160 milyon metr-mükəəbinin gölə buraxıldığı açıqlanıb. Bununla da Enerji Baxanlığının öz öhdəliklərinə, habelə qanuni müsəvvəbələrinə əməl etmədiyi vurğulanıb. Problemlə ilgili dəfələrlə Enerji Baxanlığı və əyalət məsullarına müraciət edilsə də, müşkül həll olmayıb.