İran

Urmu-Təbri̇z magi̇stral yolu ödəni̇şli̇ olacaq

Urmu-Təbriz baş yolunda əvarizlərin alışına başlanılacaq. Belə ki, Urmu gölü ara-keçid körpüsünün tikintisi üçün lazım olan etibarın toplanması məqsədilə yolun ödənişli olacağı bildirilib. Məsələ ilə bağlı Batı Azərbaycanın Yol və Şəhərsalma Baş İdarəsinin müdiri Seyid Möhsün Həmzəlu məlumat verib. O, Urmu-Təbriz baş yolunda əvarizlərin alışının yalnız müəyyən bir dövrdə olacağını açıqlayıb. Qurum nümayəndəsi bildirib ki, elektronik əvariz alma sisteminin tətbiqi ilə aylıq 40 gedişi olmuş maşınlara yüzdə 30-50 endirim şamil ediləcək. Hazırda şəxsi otomobillər üçün əvariz məbləği ötən illə müqayisədə daha 2 min tümən artaraq 9 min tümənə yüksəlib.

Vurğulayaq ki, İranda tikilmiş ən uzun körpü Kəlantəri adına körpüdür. 1709 metr uzunluğu olan bu körpü Urmu gölünün üzərində salınıb, və uzmanların nəzərinə görə, bu körpünün qeyri üsuli salınması, göün qurumasında əsas səbəblərdən biri dir.

Related Articles

Bir cavab yazın

Back to top button