Azərbaycanİran

Urmuda çörək qıtlığı yaranıb

Urmuda çörək qıtlığı yaranıb. Milli fəalalr etiraz aksiyalarının davam etdiyi bir vaxtda bunun əhalini məşğul etmək üçün bilərəkdən edildiyini yazırlar.

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində çörək qıtlığı yaşanır və çörək mağazalarının qarşısında uzun növbələr yaranıb.

Məlumatda bildirilir ki, alıcılara çörək məhdud sayda satılır, bunun un çatışmazlığı ilə əlaqəli olduğu deyilir.

Məsələ ilə bağlı paylaşım edən sosial media fəalları və istifadəçiləri br neçə gündür yaranan çörək qıtlığını hökumətin bilərəkdən etdiyini yazırlar.

Onların fikrincə, etiraz aksiyalarının davam etdiyi bir vaxtda hökumət vətəndaşları gündəlik məişət problemləri ilə məşul etməyə, etirazlardan yayındırmağa çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button