Dünya

İsrail kəşfiyyat orqanları xaricdə HƏMAS liderlərinə sui-qəsd planlaşdırır

İsrail kəşfiyyat xidmətləri Qəzza zolağında hərbi əməliyyat başa çatdıqdan sonra Fələstinin HƏMAS hərəkatının dünya üzrə liderlərini izləməyə və onlara qarşı sui-qəsd təçkil etməyi planlaşdırır.

Bu barədə “The Wall Street Journal” İsrail rəsmilərinə istinadən məlumat yayıb.

İsrailin sionist Baş naziri Benyamin Netanyahunun göstərişi ilə kəşfiyyat agentləri, xüsusilə Livan, Türkiyə və Qətərdə HƏMAS liderlərini izləmək üçün planlar hazırlayırlar.

Qəzet vurğulayıb ki, xaricdə məqsədyönlü qətllər beynəlxalq hüququn pozulmasına çevrilə və yerli hakimiyyət orqanlarının icazəsi olmadan həyata keçiriləcəyi ölkələrin cavabı ilə nəticələnə bilər.

Related Articles

Bir cavab yazın

Back to top button