İran

Urmuda qanunsuz ayı ovu ilə məşğul olan şəxslər həbs olunub

“Umuda qanunsuz ayı ovu ilə məşğul olan 4 ovçu 2 il həbs və icbari iqamət cəzasına məhkum edilib. Hökm Urmu şəhəri Keyfəri Məhkəməsinin 101-ci Şöbəsi tərəfindən çıxarılıb”. Bu barədə azər ayının 6-da Qərbi Azərbaycanın Yaşam Çevrəsini Qoruma İdarəsinin baş müdiri Mehran Nəzəri açıqlama verib. “Həmin mücrimlərdən 3-ü Sistan-Bəluçistan Əyalətinin Nikşəhr Vilayətində icbari iqamət cəzası alıb. Bundan əlavə idarəmizin təyin etdiyi qoruq mərkəzlərində 2 min saata qədər təmizlik işləri, habelə 2 ilədək ödənişsiz ümumi xidmətlər göstərməyə məhkum olunublar. Pərvəndə üzrə mücrimlər Urmu Vilayətində yaşam çevrəsinin qorunması ilə bağlı 50 ədəd bəner quraşdırmalıdır”,-deyə o, bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button