İran

Urmuda şura seçkiləri elektron qaydada keçiriləcək

Batı Azərbaycan əyalətinin Urmu şəhərində xordadın 28-də keçirilməsi nəzərdə tutulan şəhər şurası seçkiləri elektron qaydada baş tutacaq. Bu barədə Urmu fərmandarı Rəsul Muqabili açıqlama verib. Onun sözlərinə görə bu qayda cümhurbaşqanlığı seçkilərinə şamil edilmir. Fərmandar adayların çox olmasına diqqət çəkərək elektron seçkilərin oy sayımını sürətləndirəcəyini bildirib. Məlumata görə, Urmudan başqa bir neçə şəhərdə də şura seçkiləri elektron qaydada keçiriləcək. Bildirək ki, İran illərdir seçkilərin bu şəkildə keçirilməsini planlaşdırır. Vədələrə baxmayaraq, sözügedən sistemə keçid tam şəkildə əməli olmayıb. Artıraq ki, şəhər şurası seçkiləri Urmuda hər zaman mübahisəli keçib. Belə ki, Tehran hakimiyyəti Batı Azərbaycanın türk cəmiyyətini dəyişdirərək buranı kürd toprağı kimi göstərməyə çalışır. Bu durum Batı Azərbaycanda seçkilərə qarşı həssaslığı artırıb. Urmuda mübahisəli Şəhər Şurası seçkilərinin elektron keçiriləcəyi barədə açıqlama isə azərbaycanlı fəalların narahatlğına səbəb olub. Türk fəallar dövlətin bu addımı seçkilərdə təqəllüb məqsədilə atdığını düşünürlər.

Related Articles

Bir cavab yazın

Back to top button