Araşdırma & Təhlilİran

Tehran yanlış siyasətindən əl çəkmir

İran halı – hazırda bəlkə də tarixinin ən münzəvi və yanlış zamanını yaşayır. Iraq, Suriyə, Lübnan və bir çox başqa bölgə ölkədə İrana bağlı və ya ona çalışan örgüt və çətələr var. Tehran savaş meydanlarında düşmən gördüyü ölkələrlə bu çətələr vasitəsiylə savaşır. İran siyasətçilərininkönlüncə meydanda istədiyini edir, ancaq bunlardan dolayı İran bütün bölgədə mənfur və təcrid olunmuş bir ölkəyə çevrilibdir. Hətta Şiə cəmiyəti az olmayan Iraq kimi bir ölkədə belə nə zaman imkan tapırsa İranın siyasətlərinə qarşı etiraz edir. Xarici siyasət bütün qarışıqlığıyla nəhayət ölkələrin mənfəətini qorumaq üçündür. Ancaq İranın xarici siyasəti tamamən bir yük və zərər halinə gəlibdir. Əlbəttə İran millətləri və hakimiyyətin dünya görüşü eləcə də tanıdıqları mənfəətlər fərqilidir, amma bu illər ərzində aparılan siyasət göstərib ki Tehran hakimiyyəti heç öz ideolojisinə də xidmət edəbilməyibdir. Bunun ən aydın örnəyini də Suriyədə görmək olar. İran 10 ildir ki aktiv bir şəkildə Suriyədə Bəşar Əsədi ayaqda saxlamağa çalışır, həm özü bir başa həm də çalıştırdığı quvvələrlə savaş meydanındadır. Ancaq bu gün işin bir mənfəəti varsa da Rusiyə kimi böyük güclər ondan faydalandılar və İran yalnız və yalnız onların qulluğundadır.
İranın Xarici Siyasətinin ən başarısız bir başqa örnəyi də Qarabağ siyasətidir. İran Azərbaycan Cumhuriyyəti müstəqil olduğundan bəri bu ölkəyə qarşıdır. Açıq bir şəkildə Azərbaycan Cumhuriyyətinin iç işlərinə qarışıb və bu ölkənin güclənməsini istəmir. Bu siyasətin ən aydın misalı da birinci Qarbağ savaşında ortaya çıxdı. İslam və Şiə məzhəbi iddiasında olan İran Qarabağ işğalında Ermənistanın yanında durdu. Sonrakı illərdə də Ermənistan-n hər anlamda ən böyük dəstəkcisi İran oldu. Bu məsələ 44 günlük Qarabağ savaşında da təkrarlandı. Ancaq bu dəfə Azərbaycan həm cəbhədə həm də diplomasıdə son dərəcə başarılı oldu. İşğal altında olan topraqların önəmli bir bölümü azad edildi və Ermənistan tam bir şəkildə hər anlamda utuzdu. Azərbaycanın ortaya qoyduğu güc Rusiyə və Türkiyə kimi ölkələrin də siyasi tutumunu təyin etdi. Özəlliklə Ankaranın Bakının yanında durması və Tehranın tamamən meydandan çıxardılması İran üçün ciddi bir başarısızlıq oldu. İkinci Qarabağ savaşının utuzanı təkcı Ermənistan yox bəlkə İran da oldu. İran savaş boyunca hər baxımdan Ermənistanın yanında oldu. Özəlliklə Norduz sınırından Ermənistana yardım edən tək ölkə olaraq bilindi. Bu məsələ Güney Azərbaycanda ciddi etirazlara səbəb oldu və Güney Azərbaycanın bölgə siyasətindəki rolunu ortaya qoydu.
Ancaq İranın tutumu savaş bitdikdən sonra da dəyişmədi. Tehran yenə səhv tütümunu Ermənistandan tərəfdarlığı ilə davam edir. İranın Ermənistandakı səfiri Azərbaycanın topraqları olan ancaq indilik Ermənistan işğalındaki yerlərə getdi. Ən önəmlisi hələ də ki var İran topraqlarından Qarabağ bölgəsinə qanunsuzca maşınlar gedir. Bu maşınların hansı məqsədlə Rus heyətinin nəzarəti altında olan və Ermənilərin əlində qalan bölgəyə getdiyi habelə nələr daşıdığı bilinmir. Bu məsələyə Azərbaycanın Xarici İşlər Vəzirliyi ciddi şəkildə etiraz etdi. Azərbaycanın Xarici İşlər Vəzirliyi İranın Bakıdakı Səfirini çağıraraq rəsmi bir nota verdi. Yayılan məlumata görə Azərbaycan məsələylə bağlı sənədləri İran səfirinə verib etirazını ciddiyyətlə göstəribdir. Ermənistan ordusu atəşkəs olduqdan sonra da dəfələrcə Azərbaycan quvvələrinə qarşı atəşkəsi pozubdur. Hətta hələlik Azərbaycana qaytarılmamış bölgələrdə Erməni quvvələrinin yeni hərəkətə keçdiyi də ehtimalı olur. İndi bu durumda İranın keçmişdə olduğu kimi yenə Ermənistana dəstək verməsi ciddi soruların ortaya çıxmasına səbəb olubdur. Ancaq kəsinliklə Azərbaycan Cumhuriyyəti asla öz haqqından vaz keçməyəcək və İranın qarşısında durmağa dəvam edəcək. Çünkü Azərbaycanın İranda 40 milyon hazır ordusu vardır, və bu İkinciu Qarabağ Savaşında özünü göstərdi.

Related Articles

Bir cavab yazın

Back to top button