İran

Urmuda sürücüləri̇n eti̇razlarına rəsmi̇ cavab veri̇li̇b

Urmu şəhərində otobus sürücülərinin keçirdikləri etiraz mitinqinə rəsmi cavab verilib. Belə ki, Urmunun İslami Şura Məclisindəki nümayəndəsi Seyyid Salman Zakir sürücülərin etirazlarının haqlı olduğunu və həmin şəxslərin çətinliklərinə laqeyd yanaşıldığını vurğulayıb. Millət vəkili 300 otobus sürücüsünün müşküllərinin tez bir zamanda həll edilməlməsinin önəmini diqqətə çatdırıb.

“Şəhrdarlıq sürücülərin problemlərini illər öncə həll etməli idi ki, mövcud durum bu həddə çatmasın. Təəssüf ki, Şəhəriçi Daşıma İdarəsi bu alanın çətinliklərindən xəbərsiz olub. Anlaşmaların yenilənməməsi, aylıqların ödənilməməsi, köhnə otobusların yeniləri ilə dəyişilməsi habelə başqa əsas çatışmazlıqlardandır, Həmin müşküllər qısa müddətdə aradan qaldırılmalıdır”, – deyə Seyyid Salman Zakir bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button