İran

Urmulu gənc: “Ana dilimizin rəsmi olduğu, siyasi zindanilərimizin azad olunduğu vaxt rəy verəcəyik”.

Urmulu gənc: “Ana dilimizin rəsmi olduğu, siyasi zindanilərimizin azad olunduğu vaxt rəy verəcəyik”.
Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində İranda prezident seçkiləri barədə fikir bildirmək üçün təşkil edilən “Azad tribun”da urmulu gənc milyonlarla Azərbaycan türkünün istəkləini dilə gətirib.
O, “Mən və mənim kimilər siyasi məhbuslarımız, o cümlədən Abbas Lisani azad olunduğu halda rəy verə bilərik”- deyə, İran hökumətinin güney azərbaycanın milli-mədəni fəallarına qarşı siyasətini tənqid edib.
Urmulu gənc İran rejiminin millətlərin milli hüquqları və ana dilində təhsil ilə bağlı Ana Yasanın 15-ci və 19-cu maddələrini icra etməməkdə günahlandıraraq deyib: “Biz ona görə şəhid verməmişik ki, 40 il ən ibtidai insan haqlarımızdan məhrum olaq. 40 ildir bağlı əsasi qanunun 15-ci və 19-cu maddələrindən danışırlar. Hər bir millətin öz ana dilində təhsil almaq hüququ var. Bəs mənim ana dilim hanı?”
Güney Azərbaycanın milli-mədəni fəallarının hökumət tərəfindən ağır həbslərə məhkum edilməsinə toxunan gənc çıxışını bu sözlərlə bitirib: “Mən siyasi məhbuslarımızın azad olunduğu zaman rəy verəcəyəm. Abbas Lisaniyə 15 il həbs cəzası veriblər. O indi zindandadır. Bir sıra fəallarımıza isə 8 – 10 il həbs cəzası verilib. Onlar azad olunduğu halda səs verə bilərik.”

İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi оlan Urmiya şəhərində İranda Prezident seçkiləri barədə fikir bildirmək üçün təşkil edilən “Azad tribun”da Urmiulu gənc milyonlarla Azərbaycan türkünün istəkləini dilə gətirib.

O, “Mən və mənim kimilər siyasi məhbuslarımız, o cümlədən Abbas Lisani azad olunduğu halda rəy verə bilərik”- deyə, İran hökumətinin Güney Azərbaycanın milli-mədəni fəallarına qarşı siyasətini tənqid edib.

Urmulu gənc İran rejiminin millətlərin milli hüquqları və ana dilində təhsil ilə bağlı anayasanın 15-ci və 19-cu maddələrini icra etməməkdə günahlandıraraq deyib: “Biz ona görə şəhid verməmişik ki, 40 il ən ibtidai insan haqlarımızdan məhrum olaq. Ələhvaz milləti əraqla savaşda can qoymadılar ki, indi Tozanaqda boğulsunlar. 40 ildir Əsasi Qanunda 15-ci və 19-cu maddələrindən danışırlar. Hər bir millətin öz ana dilində təhsil almaq hüququ var. Bəs mənim ana dilim hanı?”

Related Articles

Bir cavab yazın

Back to top button