Dünya

Təbrizdə işləmək məcburiyyətində qalan azyaşlıların sayı artıb

Şərqi Azərbaycanın Behzisti Baş İdarəsinin baş müdiri Fərgül Sahhaf, “azyaşlı işləyənlərin sayı cari ilin ilk üç ayında, ötən il ilə müqayisədə gözə çarpacaq qədər artıb”, – deyə məlumat verib.
Onun sözlərinə görə, azyaşlı işləyən uşqaların çoxu ailələrində valideynin boşanmaları, iqtisadi çətinliklər və bu kimi problemlərə tuş gələnlərdirlər.
“Ustanın behzisti baş idarəsi xeyriyyəçi müəssisələr və zirəbt (müvafiq) qurumların həmkarlıqları və köməyi ilə bu uşaqların çoxunu himayəsinə götürməklə onlar öz ailə və adi yaşamlarına qaytarılıb”, – deyə əlavə edib.
Bildirək ki, İran dövlətinin yanlış siyasətlərinə görə ölkədaxili iqtisadiyyatı gündən-günə çökməkdədir. Bunun nəticəsində ailələrin iqtisadi durum pisləşir. Öz təməl ehtiyaclarını təmin edə bilmələri üçün azyaşlı uşaqlar işləmək məcburiyyətində qalırlar. Bu vəziyyət ölkədə, xüsusilə də Azərbaycan bölgələrində artmaqdadır.

Related Articles

Bir cavab yazın

Back to top button