İran

SEPAH komandiri husilərin hücumlarını alqışladı

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandiri Əlirza Təngsiri husilərin gəmilərə hücumlarını alqışlayıb və bunu "igidlik" nümunəsi adlandırıb.

O, husi silahlılarının Bab əl-Məndəb boğazından İsrailə gedən gəmilərin hərəkətinin qarşısının alınmasını müsəlmanların mənafeinə uyğun olduğunu deyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Yaxın Şərqdəki hərbi dəniz qüvvələrinin baş komandanı Bred Kuper İranın husi silahlılarının gəmilərə hücumlarında birbaşa iştirak etdiyi barədə açıqlama verib.

Related Articles

Bir cavab yazın

Back to top button