Mədəniyyət və incəsənət

“ÜZÜNÜ İŞIĞA TUT”SƏNƏDLİ FİLMİN TİZERİ YAYILDI

Türk dilində çəkilən “Üzünü işığa tut” bəlgəsəl yəni lüstənəd filminin tizeri toplumda yayılıb.

Bu film Təbrizdə koronavrius ilə bağlı böhranla üzləşən insanların gerçək hekayəsidir.
Koronavriusun yayılması ilə bağlı böhran və yoxsulluqla qarşılaşan insanların yaşamında, eləcə də mərizliklə mübarizə aparan sağlamlıq işçilərinin çalışmalaraından söz gedir. Film habelə böhranın təsirlərini azaltmaq üçün həyatlarını həsr edən fədakar insanlardan danışır. Ekran işinin yönətməni və təhiyyə edəni Məhəmməd Əlimuradidir. Filim çəkən: Mehdi Meyməndi, Səs zəbt edən: Həsən Səlmani, Tədvin və səs quraşdıranları Səid Hatəmxani, Məhnaz İslami, Yönətmən müşaviri: Səid Hatəmxani, balaban səsləndirən isə Əsgər Mərəndi olub. Məhəmmədəli Muradi, bu bəlgəsəl filmi korona böhranının başlandığı günlərindən çəkməyə başlayıb və nəhayət 2 aydan sonra hazır edib. Qeyd edək ki, son illərdə bütün basqılara baxmayaraq Güney Azərbaycanda türkcə filmlərin çəkilişinə rəğbət artıb və film bölümündə gəlişmə görünür.

23
İSRAİL VƏTƏNDAŞLARI İLƏ YARIŞMAQ QADAĞAN OLUNDU
اسراییل وطنداشلاری ایله یاریشماق قاداغان اولوندو
İran Məclisi Vərzişkarlarına İsrail vətəndaşları ilə yarışmağı qadağan edib
Millət vəkilləri “Sehyonist rejimin bölgəsəl və beynəlmiləl sülh və əmniyətə qarşı addımları ilə mübarizə tərhi”ni təsvib ediblər.
Məclisin saytının verdiyi məlumata görə, İsrailla mübarizə ilə bağlı 11 maddə və qanunlarda müxtəlif məhdudiyyətlər nəzərdə tutulub.

Bu tərh nəhayi təyid olunacağı halda, İran oyunçuları ilə İsrail rəqiblərinin Vərzeş timləri arasında rəsmi və ya hazırlıq növlü hər hansı yarış və ya müsabiqələrinin keçirilməsi qadağandır.

Related Articles

Bir cavab yazın

Back to top button