İran

Van Universiteti: İran qanunsuz mühacirləri Türkiyəyə doğru yönəldir

Türkiyənin Van Yüzüncü Yıl Universitetinin Miqrasiya Araşdırmaları Mərkəzinin rəhbəri ölkəyə qeyri-qanuni mühacir axını ilə bağlı deyib ki, İran birbaşa yaxud dolayı yollarla həmin şəxsləri Türkiyə tərəfə yönəldir.

Professor Orxan Dəniz Pakistan və Əfqanıstan vətəndaşlarının İran vasitəsilə Türkiyəyə qanunsuz miqrasiya axını ilə bağlı bildirib: “İran artıq miqrantları qəbul etməmək siyasətini həyata keçirir. Bu baxımdan həmin insanların yaratdığı sosial və iqtisadi təzyiqləri azaltmaq üçün birbaşa və dolayı yollarla onları Türkiyə sərhədinə yönəldir”.

O, mühacirlərdən bəzilərinin sərhədə müəyyən nəqliyyat vasitələri ilə gəldiklərini qeyd edib: “Qanunsuz mühacirlər sərhədə gəldikdən sonra piyada Türkiyə tərəfinə keçməyə çalışırlar. İran bu məsələdə Türkiyənin hüquqlarını görməzdən gəlir və bəzən onları qovmaq üçün zorakılığa əl atır”.

Orxan Dəniz sonda qeyd edib ki, həmin mühacirlər daha çox İranın Məşhəd, Təbriz və Tehran şəhərlərində yaşayır və daha sonra Van vilayətinin sərhəd bölgələri olan Çaldıran, Özalp və Saray şəhərlərinin dərin vadilərindən keçərək Türkiyəyə daxil olurlar.

Related Articles

Bir cavab yazın

Back to top button