İran

Vilayəti: “Çin və Rusiyanın İranla əməkdaşlığı region üçün çox önəmlidir”

İran rəhbəri Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti Çinin və Rusiya ilə yaxınlaşmalarının bölgə üçün vacib olduğunu iddia edib.

O, ÇininTehrandakı səfiri ilə görüşündə Çini İranın strateji müttəfiqi adlandırıb.

“İran İslam Respublikası Çinlə əməkdaşlığı daha da inkişaf etdirməyə və bu ölkənin Yaxın Şərqdə mövcudluğunu bərkitmək üçün kömək etməyə hazırdır”-deyə, Vilayəti bildirib.

Xaməneyinin müşaviri, Rusiya və Çinin dünya siyasi sistemində yeni qütbün formalaşmasında oynadıqları rola görə məmnun olduğunu bildirərək İranın Rusiya və Çinlə əməkdaşlığının regionun təhlükəsizliyi və taleyi üçün çox vacib olduğunu iddia edib.

Vilayəti Rusiyanın Ukraynaya hücumunu NATO-nun kütləvi hücumuna Rusiyanın cavabı adlandırıb və İranın da Amerikanın Çinin ərazi bütövlüyünə təhdidini şiddətlə pislədiyini söyləyib.

Related Articles

Bir cavab yazın

Back to top button