AzərbaycanDünya

Şimali Azərbaycan və Türkiyə qazı Avropaya ötürmək üçün ortaq şirkət yaratmaq barədə razılığa gəliblər

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmüz Türkiyənin qaz qovşağında Azərbaycanla müştərək müəssisənin yaradılması ilə bağlı razılaşmalar olduğunu bildirib.

Onun sözlərinə görə, Türkiyə Parlamenti Beynəlxalq Qaz Ticarət Mərkəzi, Qaz Qovşağı haqqında qanunda lazımi dəyişikliklərin edilməsi prosesinə başlayıb, Qaz Qovşağı sahəsində ilk hüquqi qərarlar parlamentdə təsdiqlənib.

Botaş (Türkiyə Neft və Qaz Şirkəti) və digər şirkətlər daha sürətli və asan işləyə bilər. Bu mərkəzin açılması ilə qiymətlər də azalacaq ki, bu da Avropa üçün önəmlidir.

O, həmçinin qeyd edib ki, Türkiyə qazın Avropaya nəqli və satışı sahəsində digər ölkələrlə əməkdaşlıq variantlarını nəzərdən keçirir. O cümlədən, bu sahədə Azərbaycanla birgə müəssisənin yaradılması ilə bağlı razılaşmalar var.

Related Articles

Bir cavab yazın

Back to top button