Dünya

Livan fətva komitəsindən Beyrutdakı partlayışa reaksiya

Lubnanın Fətva Komitəsinin baş dəbiri Lubnan məqamlarına Beyrut limanında baş verən son partlayış barədə sual ünvanlayıb. “Soruşmağa haqqımız var. Limanda saxlanılan partlayıcı maddələrin Əsəd rejiminə bomb hazırlamaq üçün göndərilməsi planlaşdırılıbmı? Bu sözləri Şeyx Əmin əl-Kurdi ötən gün cümə namazı xütbəsində deyib.O, burada Beyrut limanında saxlanılan amonium nitratla bağlı da fikir bildirib. “Müxtəlif yerlərdə müxtəlif insanlarla hər hansı razılaşmalar imzalanıbmı? Bu partlayıcı maddələr niyə əhali arasında saxlanılıb?” deyə o, bildirib. Baş dəbir partlayışa görə Lubnan prezidentini, baş vəziri, parlıman rəisini, vəzirləri, parlıman üzvləri və əmniyət orqanlarını günahlandırıb. “Lubnan polisi və ordusu harada idi? Təəssüf ki, bəzi insanları qoruyurdu. Beyrutda bomb partlayışını törədənlərin cəzalandırılması zəruridir. Bu olayı ört-basdır edə bilməyəcəklər. Bu çətin vəziyətin dəyişəcəyinə ümid edirəm” deyə o, diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button