İran

Xalxal şəhərində keçidləri su basdı

Ərdəbil Ustanın Xalxal şəhərində ötən gecədən selgətirici və kəskin yağışlar başlayıb. Beləliklə, şəhərin piyada keçidləri və xiyavanlarını su basıb.
Xalxal şəhərinin əhalisi ilin bu fəslində ardıcıl yağış, ildırım çaxması və qəfil selsularının olmasına təəccübləniblər. Habelə əhali yem otları, buğda və arpa biçini vaxtı olduğu üçün məhsullara xəsarət dəyəcəyindən nigaran olduqlarını bildiriblər. Məlumata görə, Xalxalın Vəliəsr, Rəcai, Bakeri xiyavanlarında, Sənaye Şəhərciyi, Xumeyni adına Bulvarında subasma və su yığılması olub. Bu da şəhər sakinlərinin gəliş-gedişlərinə çətinlik yaradıb. Xalxal Şəhrdarisinin Şəhər Xidmətləri işçiləri həmin yerlərə gələrək yığılmış suların yolunu açıb.
Qeyd edək ki, yağışın güclü olması nəticəsində şəhərin bir sıra quruluşlarına ziyan dəyib.

Related Articles

Bir cavab yazın

Back to top button