İran

Xalxalda fəhlələrin əmək haqqı yubadılır

Xalxal vilayətində su işləri üzrə bir peymankar 8 aydır fəhlələrin maaşının ödənilməsini yubadır. Su təsisatına qayğı üzrə işləyən fəhlələrdən biri yaranmış müşküllər barədə danışıb: “Xalxalda 62 fəhləyik. 10-20 illik iş təcrübəmiz var. Buna baxmayaraq hələ də məsul şəxslər tərəfindən maaş və bimə məsələmizə aydınlıq gətirilməyib. Hər şeyin bahalaşdığı bir dönəmdə maaşlarımız vaxtında ödənilmir. Dolanışığımız pisləşib. Məsul şəxslər tələblərimizlə bağlı Əyalətin Su və Fazilab Şirkəti və İş İdarəsinin müdirləri ilə toplantı keçirəcəklərinə söz veriblər”. Qeyd edək ki, fəhlələr bu durumla bağlı bir neçə dəfə etiraz aksiyası keçiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button