Dünya

Əhvalda həbs edilən ərəb fəalların sayı 6-ya yüksəlib

Ərəb fəal Fatimə Səvari Huveyzə şəhərində həbs edilib. Beləliklə, Əhvaz ustanında tutuqlanan ərəb fəalların sayı 6-ya yüksəlib. Əhvaz İnsan Haqları Təşkilatının məlumatına görə, mədəni fəal Zeynəb Səvari də Huveyzə şəhərində tutuqlanıb. Bəzi məlumatlara görə, onun bacısı və qardaşı da həbs olunub. Dekabrın 9-da fəal Fatimə Təmimi Məhşəhr şəhərində, bir gün sonra rəfiqəsi Məryəm Ameri isə Əhvaz şəhər İttilaat İdarəsinin məmurları tərəfindən atasının evində həbs edilib.
Məlumatlara görə, Tamemi və Ameri Əhvazın ərəb xalqının yerli oyunları haqqında veriliş hazırlamaq üçün video çəkiliş ediblər.
Həmin şəxslərin tutuqlanmasının dəqiq səbəbləri açıqlanmayıb. Bəzi qaynaqlara görə, Təmimi son illərdə Əhvaz ustanının müxtəlif şəhərlərindəki daşqınlarla bağlı yazılarına görə həbs olunub.

Related Articles

Bir cavab yazın

Back to top button