İran

İran İnsan Haqları Təşkilatı: İranda son etirazlarda ölənlərin sayı 154 nəfərə çatıb

İranda baş verən etiraz aksiyalarında ölənlərin sayı açıqlanıb. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

İran İnsan Haqları Təşkilatı ölkədə baş verən son etiraz aksiyalarında hökumət məmurları tərəfindən öldürülənlərin sayının 154 nəfərə çatdığını açıqlayıb.

Məlumatda onlardan 9 nəfərinin azyaşlı və 63 nəfərinin Zahidan şəhərində öldürülən etnik bəluçlar olduğu bildirilib.

İnsan haqları təşkilatının açıqladığı hesabatda İranın 17 əyalətində onlarla insan öldürülsə də, ən çox insan itkisi Sistan-Bəluçistan, Mazəndəran, Gilan və Qərbi Azərbaycan əyalətlərindı qeydə alınıb.

Təşkilatın məlumatında Sistan-Bəluçistan əyalətində 63, Mazəndəran əyalətində 27 nəfər, Gilan 12, Qərbi Azərbaycan 11, Kürdüstan 8, Kirmanşah 7, Tehran 6, Əlborz 5, Xorasan-i Rəzəvi 3, Kohgiluyə və Boyerəhməd 2, İsfahan 2, , Zəncan 2, Qəzvin 2, Şərqi Azərbaycan 1, Simnan 1, İlam 1 və Buşehrdə 1 nəfərin güllələnərək öldürüldüyünü bildirilib.

Ağır yaralı sayının çox olduğuna görə, ölü sayının artacağı ehtimal edilir.

Related Articles

Bir cavab yazın

Back to top button