
Yəmən İranın Husilərə silah göndərməsinin qarşısını ala bilmək üçün bu ölkənin əleyhinə təhrimlərin gücləndirilməsini istəyib. Belə ki, dövlətin bilgiləndirmə vəziri Müəmmər Əryani İranı bölgədə “terrorizmin və çaxnaşmanın” artırılmasında ittiham edib. Bununla da o, İrana qarşı silah təhrimlərinin kəskinləşdirilməsini bir dəfə də istəyib.
“İran bölgənin əmniyyətini pozmaq üçün Yəmənin Husi yaraqlılarını, Lübnanın Hizbullahını, Əlqaidə və DAİŞ-i himayə edir”, – deyə o, bildirib.
Bildirək ki, Yəməndə artıq 5 ilə keçmiş savaşda təxminən 100 min nəfər həyatını itirib. İran isə Yəməndə bu ölkənin rəsmi dövlətinə qarşı qarşı edən Husi yaraqlılarını himayə edir və Birləşmiş Millətlər Təşkilatının mütəxəssislərinin sözlərinə görə, onlara silah çatdırır.





