Dünya

Yaponiya Şimali Koreyanın raket buraxılışlarını izləmək üçün yeni peyk buraxıb

Yaponiyanın “Mitsubishi Heavy Industries” şirkəti Şimali Koreyanın raket buraxılışlarını izləmək üçün fəzaya yeni kəşfiyyat peyki buraxıb.

“Radar 7” adlanan aparat səkkiz kəşfiyyat peykindən ibarət mövcud qrupun bir hissəsi olmalıdır.

Onlardan bəziləri optik sensorlar vasitəsilə yer səthinin görüntüsünü ötürən optik peyklər, digərləri isə radardan istifadə edərək Yeri skan edən radar peykləridir. Zaman keçdikcə “Radar 7” 2017-ci ildə səmaya buraxılmış “Radar 5” peykini əvəz edəcək.

Qeyd edilir ki, peykin buraxılışı yanvarın 25-nə nəzərdə tutulsa da, qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

 

Related Articles

Bir cavab yazın

Back to top button