Dünya

PAYMENT 24 ŞİRKƏTİNİN İRANLI MÜDİRİ TUTULDU

Amerika, “Payment 24” onlayn maali xidmətləri şirkətinin və onun iki baş müdirini İrana qarşı təhrimlərin pozulmasında müttəhim edib.
Şirkətin təsisçisi və baş müdiri Səccad Şəhidiyan İngiltərədə həbs edilərək Amerikaya təhvil verilib.
Wall Street Journal-ın verdiyi məlumata görə, ordibeheştin 29-da Amerikanın Minesota əyalətinin federal daadqahında çıxarılan iddianaməyə əsasən, Şəhidiyan, Vəhid Vali və idarə etdiyi “Ödəniş 24” şirkəti ilə birlikdə “Amerikaya qarşı cinayət törətmək, çirkli pulların yuyulması kimliyin oğurlanması, elektronik fırıldaqçılıq və təqəllüb “da müttəhim olunublar.
Amerika dadsitanları şirkətin 33 yaşlı qurucusu və baş müdiri Şəhidiyanın Britaniya tərəfindən tutularaq təhvil verildiyini bildiriblər.
Bazar ertəsi günü Şəhidiyana daadqahda ittihamı elan olunub və o günahsız olduğunu deyib. Müttəhimin vəkili ittihamlara fikir bildirməyib.
Şirkətin 33 yaşlı baş müdiri Vəhid Vali, dadsitanların sözlərinə görə, hələ də tapılmayıb və onunla irtibat qurmaq üçün dəqiq məlumat tapmaq cəhdləri uğursuz olub.
“Ödəniş 24” şirkəti də bununla bağlı verilən sualları cavabsız qoyub.

Related Articles

Bir cavab yazın

Back to top button