DünyaİranSiyasət

Yeni müharibə: ABŞ və İran arasında nüvə münaqişəsi mümkündürmü?

Son zamanlarda ABŞ-İran qarşıdurması öz pik nöqtəsinə çatıb və, görünür ki, Vaşinqton İran problemini hərbi yolla həll etmək istəyəcək.

Rəsmi Tehranın isə hal-hazırda ABŞ kimi rəqibə qarşı effektli mübarizə aparmağa gücü yoxdur.

Aznews.tv-un məlumatına görə, bu şəraitdə İranın şansının olub-olmaması haqda Газеты.Ru-nun hərbi icmalçısı Mixayil Xodarenok öz fikirləri ilə bölüşüb.

Tehran və Vaşinqton arasında münasibətlərin gərginləşməsi fonunda ABŞ-ın İrana raket-hava zərbələrinin endirəcəyini istisna etmək olmaz, çünki ABŞ İrana qarşı tətbiq etdiyi digər metodlar, göründüyü kimi təsir qüvvəsinə malik deyil.

Bununla birgə, ABŞ hələ ki öz ordularını münaqişə ocağına toplamayıb.

Pentaqonun bölgədəki qüvvələri isə İrana müxbət nəticəli zərbə endirmək üçün yetərli deyil.

Buna görə də, Vaşinqton və Tehran arasında hərbi addımlar haqda hal-hazırda hipotetik tərzdə müzakirə etmək olar.

ABŞ-ın ata biləcəyi addımlar

Donald Trampın administrasiyasının gözündə Yaxın və Orta Şərqdə təhlükəzisliyə və sabitliyə əsas təhlükə İrandan gəlir. İranın bu barıt çəlləyinə bənzəyən bölgədəik əsas müttəfiqləri İsrail və Səudiyyə Ərəbistanı İranla düşməndirlər. Və nəhayət, Vaşinqton, Təl-Əviv və Ər-Riyad İranı nüvə silahı hazırlamaqda şübhəli bilirlər. Buna görə də, onların əsas hərbi-siyasi məqsədi – İranın bu bölgədə rolunun zəiflədilməsi, bölgə lideri kimi siyasi səhnədən uzaqlaşdırmaq və İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Buna növbəti addımlarla nail olmaq olar – İslam Respublikasının dövlət və hərbi idarəetməsini pozmaq, onun hərbi və iqtisadi potensialını mıhv etmək, hərbi-hava, hərbi-dəniz və piyada qüvvələrini məğlub etmək.

Bu halda, ABŞ SQ-nin İranın nüvə sənayesi obyektinı dəqiq zərbələr endirməsi ilı iş bitmir, çünki İranın ABŞ-nın bölgədəki müttəfiqlərinə cavab addımı atması gözləniləndir. Bundan əlavə, İran hətta Örmüz körfəzini bağlaya bilər.

Buna görə də ABŞ İranı məğlub etmək üçün genişmiqyaslı strateji hava-kosmik əməliyyat həyata keçirməli və  hərbi-hava və hərbi-dəniz qüvvələrinin mühüm hissəsini cəlb etməli olacaq. Ehtimal etmək olar ki, forma etibarı ilə bu qısa zamanda həyata keçiriləcək, Yaxın və Orta Şərqi əhatə edən, sürətli qlobal bir zərbə olacaq.

Bunun üçün ABŞ Silahlı Qüvvələri İranın aviyasiyasını, donanmasını və raket ordularını dərhal məhv etməli, ehtiyaatlarına zərbə endirməli, rəqibin mümkün hava və dəniz desantlarını dəf etməli və öz qüvvələrini İranın zərbələrindən qorumalı olacaq.

Şübhəsizdir ki, ilk rkaet-aviyasiya zərbəsində çoxlu sayda yüksık dəqiqliyə malik sursatlardan, xüsusən də “bombaların anası” GBU-43/B Massive Ordnance Air Blast adkl bunkerlərə qarşı bombalardan istifadıə olunacaq.

ABŞ-ın rəqibinin dərin şəkildə özünü bərkitdiyini nəzərə alsaq, demək olar ki, adi sursatlarla birgə rəsmi Vaşinqton nüvə silahlarından da istifadə bilər.

ABŞ-ın irimiqyaslı piyada qruplaşmalarının Irana daxil olmasının gözləmək doğru deyil. ABŞ öz məqsədlərinə yalnız hərbi-hava, hərbi-dəniz və kosmik qüvvələrinin sayəsi ilə çatmağa çalışacaq. Çünki əks halda rəsmi Vaşinqton texnoloji baxımdan üstünlüyünü itirəcək.

Nəticə necə olacaq?

İranın ABŞ-a qarşı ciddi müqavimət göstərəcəyinə inanmaq doğru olmazdı. Çünki İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu qısa zamanda ABŞ və İsrail tərəfindən sıradan çıxarılacaq.

İranın verəcəyi cavab minimal şəkildə olacaq. Bunun səbəbi isə, ABŞ-ın radioelektron mübarizə sahəsində aşırı üstünlüyə malik olmasındadır. Münaqişə başladıqdan qısa müddət sonra İranın bütün radiolokasiya və radiotexnologiya vasitələri “kor ediləcək”. Maneələr o qədər güclü olacaq ki, İran komandanlığı hansısa dəqiq atəş açmaq iqtidarında olmayacaq.

Bundan əlavə, nəzərə almaq lazımdır ki, ABŞ İranın əksər zərbə vasitələrinin çata bilməyəcəyi bölgələrdən atəş açacaq.

Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq demək olar ki, Pentaqonun əsas məsələsi kampaniyanın ilk dəqiqələrində İranın bütün raket hissələrini və birləşmələrini, o cümlədən uzun məsafə qət edə bilən ballistik raketlərini sıradan çıxarmaq olacaq. Nüvə başlıqları olduğu halda İran raketləri ABŞ-a qarşı effektiv təsir ola bilərdi. Lakin bir neçə yüz kiloqram çəkiyə malik qeyri-dəqiq adi başlıqlar ABŞ-ın Silahlı Qüvvələri üçün təhlükə yaratmayacaq.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button