İran

Zənganda koronavirus təhlükəsi qismən zəifləyib

Zənganda koronavirusla bağlı durum qismən yaxşılaşıb. Bu barədə əyalətin Tibb Elmləri Danişqahının rəisi doktor Pərviz Qızılbaş bildirib. Onun sözlərinə görə, PCR sınaqlarının müsbət olması halları azalıb. Belə ki, son 24 saatda götürülmüş testlərin yalnız yüzdə 30-40-ı müsbət olub.
Rəsmi amara görə, ordibehiştin 15-də əyalət mərizxanalarına 530 nəfər yerləşdirilib. 30 mərizin durumu isə ağırdır. Əbhər vilayətində də vəziyyət getdikcə sabitləşir. Hazırda viyalətin koronavirus durumu narıncıdır. Xürrəmdərə, Mahnişan və Sultaniyyədə isə durum təhlükəli olaraq qalır. Məlumata görə, Xudabəndə, İççay və Tarımda koronavirusa yoluxanların sayı azalıb.

Related Articles

Bir cavab yazın

Back to top button