İran

Zənganda virus sürətlə yayılır

Zəngan ustanının bütün şəhər və bölgələrində koronavirus sürətlə yayılır.
Məsələ ilə bağlı Zəngan Tibb Elmləri danişgahının rəis müavini Məhəmmədrza Saini bilgi verib.
“Koronavirusun yayılmağa başladığı vaxtdan bəri ustanın mərizxanalarında 10.498 nəfər mərizxanaya yerləşdirilib. Onlardan 3.459 nəfərin, yəni yüzdə 33-nün koronavirus testi müsbət çıxıb. Beləliklə, ustanda koronavirusun yayılmasından bəri 84.689 nəfər COVID-19 mərkəzlərinə müraciət edərək ayaqüstü müalicə alıblar”, – deyə Məhəmmədrza Saini bildirib.
Onun sözlərinə görə, ustan üzrə təqribən 46.723 nəfərdən test götürülüb ki, onlardan 14.247 nəfərin testi müsbət nəticələnib.
Ustanın Əbhər, Xorrəmdərə, Zəngan və Soltaniyə bölgələrində durum gərgin olaraq qalır.

Related Articles

Bir cavab yazın

Back to top button