İran

ZƏNGANIN ŞƏHƏR YOLLARINDAN 64 DİLƏNÇİ YIĞIŞDIRILIB

Zənganın şəhərdarı Həbib Mollayi Yeqanə bildirib ki, “cari ildə Zənganın Şəhrdarisi dilənçilərin yığışdırılması məsələsinə tam ciddiyyətlə başlayıb və nəticədə 64 dilənçi keçidlərdən yığışdırılıb. Zənganda dilənçilərin yığışdırılması üçün ekiplər vardır və ardıcıl olaraq bu işlə məşquldurlar. Cari ilə dilənçilər barədə işlər görüləcək. Yığışdırılmış 64 dilənçinin çoxu yerlidir. Onlar Zəngən, Əbhər, Xürrəmdərə və Xudabəndə şəhristanlardadırlar. Zənganda daha çoxdur”.

Həbib Mollayi sözlərinin davamında, “onları şəhərdən yığışdırmaq üçün bütün ilgili idarələr məşqul olmalı və ustanın bu müşkülünü azaltmaq üçün lazım olan bərnamələr cızmalıdır. Dilənçilərin Zənganda dilənməkləri ictimai bir asibdir və həll olunmalıdır. İdarələr bunları yığışdırmaq üçün şəhrdari ilə həmkarlıq etməlidirlər. Onların azaldılması üçün rəsanələrin təriqi ilə fərhəngi işlər görülməli və bununla da xalqın onlara yardım etməmələrinə səbəb olmalıdır. Bir daha dilənçiliklə məşqul olmamaq üçün onlara yığışdırılandan sonra 14 günlük təlim keçirilir. Zənganın Şəhrdarisi dilənçiləri gözaltında saxlayır və lazım olarsa onlar Behzisti və İmdad Komitəsinə təqdim olunur ”, – deyə bildirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close