İran

Zənganda koronavirusla bağlı məhdudiyyətlərin müddəti uzadıldı

Zəngan Ustandarisinin Mənbələrin Gəlişdirilməsi İşləri üzrə müavini Cənab Şaddil bildirib ki, vəziyyətin riskli olduğu şəhərlərdə məhdudiyyətlərin müddəti azər ayının 22-dən etibarən 1 həftəyədək uzadılıb. Məlumata görə, cəmiyyəti 200 mindən artıq olan şəhərlərdə hərəkət axşam saat 21:00-dan səhər saat 04:00-dək məhdudlaşdırılıb. Məsələ ilə bağlı Zəngan Əyalətinin Yol Polisi Fərmandehliyinin rəis müavini sərhəng Minaxani də açıqlama verib. Onun sözlərinə görə, Zənganda otomobillərin hərəkəti ilə ilgili qadağalar hələ də tətbiq olunmaqdadır. Bildirilib ki, qaydanı pozan sürücülərə heç bir güzəştlər edilmir. Hazırda Zəngan-Təbriz və Zəngan-Qəzvin baş yolunda qanun pozuntusunu səbt etmək üçün 20 cihaz quraşdırılıb. Zənganda ancaq 1-ci və 2-ci qrup üzrə iş yerləri fəaliyyət göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button