Dünya

İsrailin Suriyaya cavabı: 8 əsgər öldü

İsrail ordusunun Suriyanın cənubuna endirdiyi aviazərbə nəticəsində 8 əsgər ölüb, 7 əsgər yaralanıb.

Bu barədə Suriya MN məlumat yayıb.

“Bu gün təxminən saat 01.45-də İsrail Qolan təpələrindən hava hücumu həyata keçirərək, Dəra əyalətində bir sıra hərbi mövqelərə zərbələr endirib, nəticədə 8 hərbçi həlak olub, daha 7-si yaralanıb”, – Suriya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, bundan öncə İsrail Suriyadan ölkə ərazisinə iki raket atışına cavab olaraq zərbələr endirdiyini açıqlamışdı.

Related Articles

Bir cavab yazın

Back to top button