Azərbaycan

Güney Azərbaycanın təbiət abidəsi Gilan əyaləti adına qeydiyyata alınıb

Astaranın Heyran bölgəsindəki “Fındıqlı” meşələri Gilan əyaləti adına eydiyyata alınıb.

Güney Azərbaycanın Astara bölgəsinin Heyran gədiyi ətrafında yerləşən “Fındıqlı” meşələri İranın Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyi tərəfindən Gilan əyalətinin təbiət abidələri kimi milli qeydiyyata alınıb.

Astaranın Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Müctəba Abroşənin mediaya verdiyi açıqlamaya görə, Gilan əyalətinin qeydə alınan 14 təbiət abidəsi arasında “Fındıqlı” meşələridə bu əyalətin adına təbiət abidələri siyahısında qeydə alınıb.

Qeyd edək ki, çoxunluğu əsasən Ərdəbil əyalətinin inzibati ərazi bölgüsü daxilində olan Fındıqlı meşələrinin bir hissəsi Astaranın Heyran gədiyi adlanan bölgəsində yerləşir.

Əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olan Astaranın Gilan əyalətinin tərkibinə verilməsindən sonra astaralılar buna etiraz edərək yenidən Ərdəbil əyalətinin tərkibinə qatılmaq istəmələrinə baxmayaraq bu baş tutmayıb.

Məsələnin üstündən illər keçməsinə baxmayaraq, astaralıların coğrafi, etnik və iqtisadi bağlılıqları nəzərə alaraq yenidən Ərdəbil əyalətinin inzibati ərazi bölgüsünə salınmaları ilə bağlı istələri davam edir.

Bununla bağlı hökumətə, parlamentə və Daxili İşlər Nazirliyinə müraciətlər edib, ara-sıra aksiyalar keçiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button