İran

Ələhvazda koronavi̇rusla bağlı son durum

Ələhvazda sağlıq mərkəzlərinə gündəlik orta hesabla mindən çox insan müraciət edir. Bu barədə Ələhvaz Batı Sağlıq Mərkəzinin başqanı məlumat verib. Mehran Əhmədi Bəlutəkinin sözlərinə görə, onların yarısının koronavirus testinin nəticəsi müsbət olur. O, mərizlərin sayının bir-iki həftə öncəyə nisbətən azaldığını bildirib. Ancaq yoluxma amarının hələ də yüksək olmasına diqqət çəkib. Hazırda Ələhvaz ustanının sağlıq mərkəzlərinin “ayaqüstü” bölümlərinin fəaliyyət göstərdiyini söyləyib. Bəlutəkin koronavirusu kontrola almaq üçün əhalinin sağlıq qaydalarına əməl etməsinin gərəkliliyini qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button