Azərbaycan

Rza Bərahəninin Təbrizdə dəfn edilməsi üçün kampaniya başladılıb

Fəallar sosial mediada bununla bağlı çağırış ediblər.

Sosial media fəalları, azərbaycanlı yazıçı, ziyalı və mədəniyyət adamları tanınmış güney azərbaycanlı yazıçı Rza Bərahəninin Təbrizdə dəfn edilməsi üçün imza kampaniyası başladıblar.

Bu məqsədlə İnstaqramda azərbaycan.bildiri1 adlı səhifə açılıb və bu kampaniya ilə razı olanlar bu tələbi yerinə yetirmək üçün şərh yazıb öz imzalarını qoyub və yazıçının Təbrizdə dəfn edilməsi tələbini ilgili məsullara bildirirlər.

Martın 25-də Kanadanın Toronto şəhərində dünyasını dəyişən yazıçının oğlu Oktay sosial mediada paylaşım edərək atasının vəsiyyətinə əsasən onu Təbrizə aparmaq və orada dəfn etmək istədiklərini yazıb.

Qeyd edək ki, bundan öncə 2014-cü il avqustun 12-də Bakıda vəfat etmiş professor Cavad Heyətin Təbrizdə dəfn edilməsinə İran rəsmiləri icazə verməyiblər.

Cavad Heyətin yaxınları və qələmdaşlarının müraciətinə cavab olaraq İran rəsmiləri onun yalnız Tehranda dəfn edilməsi üçün şərayit yarada biləcəklərini bildirmişdilər.

Related Articles

Bir cavab yazın

Back to top button