İran

Əlbürzdə tibb işçiləri arasında koronavirusa yoluxma halları artıb

“Əlbürz ustanın mərizxanalarında hər gün 20 tibbi işçisi koronavirusa tutulur. Hazırda Əlbürz ustanın müalicə mərkəzlərinin tibbi personelindən 250 nəfər koronavirusa tutulub. Bu səbəblə də müalicə mürəxəsiliyinə göndəriliblər. 8 tibb işçisi isə mərizxanalara yerləşdirilib”. Bu barədə Əlbürz ustanın Tibb Elmləri Danişqahının Tibbi Qulluqçularının İşləri üzrə müdiri Sima Feyzullazadə bildirib.
“Bu durumla ilgili tibb işçilərinin gündəlik iş saatlarının yüzdə 20 azaldılması qərara alınıb. Habelə koronavirus mərizlərinin müalicəsinə ayrılmış mərizxanlara könüllülərin çağrılması, epidemiyə tutulmuş mərizxana personellərinin pulsuz müalicə olunması, mərizlikləri olan personellərin bu bölmədə işləməməsi nəzərdə tutulub”,-deyə o. bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button